AZ

Qurban Qurbanov: "Deyəcək söz yoxdur"

UEFA Avropa Liqasının liqa mərhələsində təmsilçimiz "Qarabağ" doğma meydanda İsveç təmsilçisi "Malmö"yə məğlub olub (1:2).

Apasport.az xəbər verir ki, matçdan sonra komandamızın baş məşqçisi Qurban Qurbanov oyun barədə fikirlərini bildirib.

Təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

"Əfsuslar olsun ki, uduzduq. İstəməzdik ki, öz meydançamızda belə məğlub olaq. Düşünəcək, deyəcək söz yoxdur. Rəqibi təbrik etməliyik. Bəlkə də layiqli qələbə qazandılar. Epizodlarımız oldu. "Malmö"nün fərqli oyun tərzinə malik olduğunu demişdim. İkinci hissə erkən qol buraxdıq. Əksinə, ikinci hissəyə aqressiv başlamalıydıq. İlk dəqiqələrdə belə qol buraxmaq futbolçulara təsir etdi. Yaxşı komandayıq, daha yaxşı oynayıb, daha yaxşı nəticələr əldə edə bilərik. Ola bilər ki, komanda bu aralar öz oyun ritmindən aralaşıb. Ümid edirəm ki, qarşıdakı vaxtlarda daha yaxşı olacağıq".

Mahamadu Ba: "Karyeramda yeni bölüm başlayır"

Böyükağa Ağayev: “Qarabağ”da ən yaxşı qapıçı Andrey Lunyov idi" - Müsahibə

"Qarabağ" - "Malmö" matçına 24 min bilet satılıb

Millimiz Estoniyanı Bakıda yox, bu şəhərdə qəbul edəcək - ÖZƏL

Vüsal İsgəndərli: "İlk hədəfim milli komandadır" - Müsahibə

Seçilən
10
apasport.az

1Mənbələr