AZ

Qurban Qurbanov: "Komanda öz oyun ritmindən uzaqlaşıb"

"Əfsuslar olsun ki, məğlub olduq".

İdman.biz xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Malmö" ilə oyundan sonra baş tutan mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis Ağdam klubunun UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda İsveç klubuna 1:2 hesablı məğlubiyyətini şərh edib: "İstəməzdim, doğma azarkeşlər önündə məğlub olduq. Rəqib komandanın təbrik etmək lazımdır. Dünən də vurğulamışdım ki, bu komandanın fərqli oyun tərzi var. Daha yaxşı oyun göstərə, daha yaxşı nəticə əldə edə bilərik. Buaralar komanda öz oyun ritmindən uzaqlaşıb. Ümid edirəm ki, qarşıdakı oyunlarda yaxşı olacaq".

Aytac Sahəd
İdman.biz

Seçilən
12
idman.biz

1Mənbələr