AZ

Layiqli qələbə qazandıq - “Malmö”nün baş məşqçisi

“Çətin oyun oldu. “Qarabağ” güclü komandadır. Heyətində fərdi keyfiyyətləri yüksək olan futbolçular var. Rəqib bizə bəzi epizodlarda problemlər yaratdı”.

"Unikal" xəbər verir ki, bu sözləri İsveçin “Malmö” komandasının baş məşqçisi Henrik Ridström UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldikləri II tur oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib. O, layiqli qələbə qazandıqlarını bildirib: “Reyncers”ə məğlub olduğumuz ilk oyundan fərqli olaraq bu dəfə müdafiədə yaxşı oynadıq. Yalnız matçın sonlarında rəqib qapımız qarşında təzyiqi artırmışdı”.

49 yaşlı mütəxəssis komandasının məntiqli futbol oynadığını söyləyib: “Ən əsas topa sahib olmaq idi. Biz bunu yaxşı bacardıq. Bəzi məcburi əvəzetmələrimiz oldu. Fikrimcə, bu matç bizə yeni təcrübə qazandırdı”. Baş məşqçi ötən mövsüm İsveçin “Yurqorden” komandasında çıxış etmiş Musa Qurbanlı barədə də danışıb: “Skandinaviya ölkələrində fiziki futbola daha çox üstünlük verirlər. Əsas məqam budur. Belə olarsa, həmin liqada oynamaq asan olur”.

Seçilən
7
unikal.az

1Mənbələr