AZ

"Putin getdikcə əbədi həyata mübtəla olur" - "The Atlantic"' nəşri

"Rusiya uzunmüddətli münaqişələrlə üzləşə bilər, bu zaman Putinin övladları özlərinin "qızıl qəfəslərində" mövcud olmaqda davam edəcək..."
 
Kreml lideri üçün öz şəxsi həyatının aspektlərini gizlətmək getdikcə daha da çətinləşir. Rusiya diktatoru Vladimir Putin ölümsüzlük ideyasına getdikcə daha mübtəla olur.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın "The Atlantic" nəşri yazıb.
 
Qeyd edilir ki, onunla görüşlərə hazırlıq qonaqlardan xeyli ehtiyat tədbirləri tələb edir, onlar bir neçə həftə ərzində karantində qala bilər.
 
Məqalədə deyilir ki, Putinin qohumları istisnasız olaraq avtomobillərdə hərəkət edir, onu ziyarətə gələnlər isə ciddi karantin tədbirlərinə məruz qalır. Bu, onunla bağlıdır ki, Kreml rəhbəri "həyatı sevir və ölümsüzlüyə can atır".
 
Nəşrin mənbələrinin məlumatı göstərir ki, Rusiya Səhiyyə Nazirliyi elmi-tədqiqat institututlarından sensor və koqnitiv pozuntularla mübarizə sahəsində elmi təqdiqatların hesabatını sorğu edir. Həmçinin hüceyrə qocalması, osteoporoz və immun sisteminin gücləndirilməsi metodları tədqiq edilir.
 
Bundan başqa, qeyd edilir ki, Putinin məxfiliyə mübtəla olması qismən Rusiya cəmiyyətinin onun sələfi İosif Stalinin şəxsi həyatı ilə nə qədər məlumatlı olmasını anlaması ilə bağlıdır.
 
Nəşr yazır ki, Putin xokkeyə sevgisini fəal şəkildə nümayiş etdirir. Bu xokkey oyunlarından istifadə edərək, Putin güclü və özünəinamlı insan obrazı yaradır, hərçənd onun şəxsi həyatı gizli saxlanılır.
 
Ukraynada müharibə başlamazdan öncə 71 yaşlı diktator tez-tez peşəkarla oyunlarda iştirak edərək qollar vurmaq imkanı qazanıb. Cari hərbi əməliyyatlara rəğmən, Putin xokkey oynamaqda davam edir, lakin indi buz üstündə onun rəqibləri idmançılar deyil, mühafizəçiləridir.
 
Putin həm də gimnast Alina Kabayeva ilə şəxsi münasibətlərini gizlətməyə çalışır, şayiələrə görə, artıq on ildən çoxdur ki, Putinin onunla əlaqələri var. O, Alinanı ictimai diqqətdən və şayiələrdən qorumağa cəhd edir, hərçənd, onların münasibətləri, birgə övladlarının olması KİV-lərdə fəal şəkildə müzakirə edilməkdədir.
 
Kabayeva Putinin xokkey oyunlarını qapalı lojadan müşahidə edir, hərçənd, onların əlaqələri Rusiyada məxfilik pərdəsilə örtülüb. Nyu-York Məktəbinin beynəlxalq münasibətlər üzrə professoru Nina Xruşşova qeyd edib ki, Kabayeva "kraliça" statusuna bel bağlaya bilərdi, amma faktiki olaraq məhbus rolundadır, bu da "Kremlin faciəsidir".
 
Kabayeva Putinin kölgəsində, ola bilsin ki, onun Valdaydakı sarayında yaşayır. Onun rolu, ətrafda olanlar kimi, gizli olaraq qalır. Putinlə Kabayevanın övladlarının sayı dəqiq bilinmir. Bəzi məlumatlara görə, onların 2 ya 3 övladı var. Onlardan biri 2015-ci ildə anadan olub, İsveçrədə yaşayır, 9 yaşı var.
 
"Dosye Mərkəzi" hesatının müəllifi İlya Rojdestvenski qeyd edir ki, onların bu övladı onlayn-şahmata həvəs göstərir, bu da onun xarici aləmlə qarşılıqlı əlaqədə olması imkanını göstərir. Onun, ehtimal ki, öz atasının cinayətlərinə, o cümlədən ukraynalı uşaqların oğurlanması barədə məlumatlara çıxışı var.
 
"Son illər jurnalistlər və fəallar Putinin ətrafına misli görünməyən çıxış əldə edib, bu da onun təhlükəsizlik xidmətlərinin xeyli uğursuzluğu olub", - məqalədə deyilir.
 
Rojdestvenskinin özünün "Miras" tədqiqatını övladların öz atalarının mirası uğrunda mübarizəsi haqqında serial adlandırıb. "The İnsider" nəşrinin redaktoru Timur Olevski Putinin övladları arasında hakimiyyət uğrunda daxili  münaqişələrin mümkünlüyünü proqnoz edib.
 
"Rusiya uzunmüddətli münaqişələrlə üzləşə bilər, bu zaman Putinin övladları öz "qızıl qəfəslərində" mövcud olmaqda davam edəcək", - o, istehza ilə əlavə edib.
 
"Son illər jurnalistlər və fəallar Putinin ətrafına misli görünməyən çıxış əldə edib, bu da onun təhlükəsizlik xidmətlərinin xeyli uğursuzluğu olub", - məqalədə deyilir.
Seçilən
10
moderator.az

1Mənbələr