AZ

"Malmö"nün baş məşqçisi: "Qarabağ" güclü komandadır""

"Qarabağ" güclü komandadır...

"Report" xəbər verir ki, bunu İsveçin "Malmö" klubunun baş məşqçisi Henrik Ryudström "Qarabağ"a qarşı keçirdikləri UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

Mütəxəssis nəticəni dəyərləndirib:

"Qarabağ" güclü komandadır. Həqiqətən çox çətinlik çəkdik. Bununla belə komandamdan razıyam. Qələbəyə layiq idik və istədiyimiz nəticəni qazandıq. Çox yaxşı müdafiə olunduq. İlk oyundan fərqli daha məntiqli çıxış etdik. Yeni təcrübə qazanmış olduq".

Qeyd edək ki, "Qarabağ" - "Malmö" matçı qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Poliqon.info

Seçilən
13
5
poliqon.info

7Mənbələr