AZ

“Malmö”nün baş məşqçisi: "Qələbəyə layiq idik"

"Bu gün qələbəyə layiq idik".

İdman.biz xəbər verir ki, bunu “Malmö” klubunun baş məşqçisi Henrik Ridström Avropa Liqasının Liqa yolunda “Qarabağ” la oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, qarşılaşma gərgin mübarizə şəraitində keçib: "Dünən də demişdim ki, çətin oyun olacaq. Həqiqətən də, belə oldu. Qarabağ güclü komandadır. Elə anlar oldu ki, biz çox çətinlik çəkdik. Ancaq biz bu oyun yaxşı müdafiə olunduq, topla ehtiyatlı hərəkət etdik. Ümumilikdə komandamın oyunundan razıyam. Fikrimcə, biz qələbəyə layiq idik".

Qeyd edək ki, "Malmö" Bakıda 2:1 hesabı ilə qələbə qazanıb.

Aytac Sahəd
İdman.biz

Seçilən
15
idman.biz

1Mənbələr