AZ

UEFA Avropa Liqası: “Qarabağ” Bakıda “Malmö”yə uduzdu

"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununu keçirib.

Yenisabah.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda İsveç "Malmö"sünü qəbul edib. 

Qarşılaşmanın 15-ci dəqiqəsində Juniniyonun qolu ilə "Qarabağ" hesabı açsa da, rəqib oyunda dönüş edə bilib. "Malmö"nün 2 qol vurmasına mane ola bilməyən "Qarabağ" futbolçuları xeyli çalışsalar da, hesabı bərabərləşdirə bilməyiblər. Belədə rəqib Bakıdan 3 xalla qayıdıb - 2:1. socar vakansiya

Qeyd edək ki, Azərbaycan çempionu Liqa mərhələsinin III turunda Niderlandın "Ayaks" komandası ilə üz-üzə gələcək. Bu oyun oktyabrın 24-də keçiriləcək.


Telegram kanalımız
Seçilən
7
yenisabah.az

1Mənbələr