Avropa liqası: "Qarabağ" uduzub
Bu gün "Qarabağ" Futbol Klubu (FK) UEFA Avropa liqası liqa mərhələsinin 2-ci turu çərçivəsində İsveçin "Malmö" klubu ilə üz-üzə gəlib.
Reyting.az xəbər verir ki, Bakı vaxtilə saat 20.45-də Tofiq Bəhramov adına Respublika Stadionunda başlayan oyunun 13-cü dəqiqəsində "Qarabağ"dan Olaviyo Cuninyo hesabı açıb - 1:0.
19-cu dəqiqədə isə qonaqlar hesabı bərabərləşdirib- 1:1.
İkinci hissə başlayan kimi qonaqlar daha bir qol vurub. Botheim 2-ci qola imza atıb - 1:2.
60-cı dəqiqədə isə "Qarabağ"ın vurduğu qol ofsayda gərə hesaba alınmayıb.
Oyun qonaqların qələbəsi ilə başa çatıb - 1:2(Mia.az)