AZ

Avropa liqası: "Qarabağ" uduzub

Avropa

Bu gün "Qarabağ" Futbol Klubu (FK) UEFA Avropa liqası liqa mərhələsinin 2-ci turu çərçivəsində İsveçin "Malmö" klubu ilə üz-üzə gəlib.

Reyting.az
xəbər verir ki, Bakı vaxtilə saat 20.45-də Tofiq Bəhramov adına Respublika Stadionunda başlayan oyunun 13-cü dəqiqəsində "Qarabağ"dan Olaviyo Cuninyo hesabı açıb - 1:0.

19-cu dəqiqədə isə qonaqlar hesabı bərabərləşdirib- 1:1.

İkinci hissə başlayan kimi qonaqlar daha bir qol vurub. Botheim 2-ci qola imza atıb - 1:2.

60-cı dəqiqədə isə "Qarabağ"ın vurduğu qol ofsayda gərə hesaba alınmayıb.

Oyun qonaqların qələbəsi ilə başa çatıb - 1:2(Mia.az)


Seçilən
8
8
reyting.az

9Mənbələr