AZ

Kim Çenin bacısı Cənubi Koreyanı aşağıladı - "Mənasız təlxəklik"

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq Cənubi Koreyanın Silahlı Qüvvələr Günü münasibətilə keçirilən hərbi paradını “mənasız təlxəklik” adlandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Oktyabrın 1-də Cənubi Koreyada Silahlı Qüvvələr Günü münasibətilə Seongnam hava limanında xüsusi mərasim və Seulun mərkəzində parad keçirilib. Orada onlar Cənubi Koreyanın münaqişə zamanı KXDR rəhbərliyinin aradan götürülməsi konsepsiyasının elementi olan “Henmu-5” raketini nümayiş etdiriblər.



Müəllif: Arzu
Seçilən
14
teleqraf.com

1Mənbələr