AZ

İli erkən başa vurdu

Arkadiuş Milikin səhhəti ilə bağlı növbəti xəbər yayılıb. Son müayinənin nəticəsi onu və klubunu məyus edib.

Polşalı hücumçunun sol dizində aparılan əməliyyatdan sonra daha bir neçə ay oynaya bilməyəcəyi məlum olub. Arkadiuşun yaxın zamanda meydana qayıda biləcəyi ilə bağlı ehtimal doğrulmayıb. Səbəb əməliyyatdan sonra pərpa prosesinin ləng getməsidi.

Milik bir neçə gündən sonra növbəti müayinədən keçəcək. Amma indidən onun üçün bu ilin erkən sona çatdığı böyük ölçüdə məlumdu.

Seçilən
19
football-plus.az

1Mənbələr