“Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğundakı “Partizan Məmmədin” evi bərpa olunacaq.
İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Dövlət Turizm Agentliyi hazırlıqlara başlayıb.
“Partizan Məmmədin” evinin təmir olunaraq muzey yaradılması nəzərdə tutulur.
Agentlik təmir-bərpa işlərinə 250 min manat vəsaitin sərf olunacağını ehtimal edir.