AZ

Malayziyada nəhəng timsah azyaşlı qızı yedi

Bir neçə gün əvvəl Malayziyada altı yaşlı qız Batanq Tatau çayında çimərkən nəhəng timsahın hücumuna məruz qalıb.

Qaziler.az BILD-ə istinadən xəbər verir ki, görünür, o, uşağı suyun altına çəkərək yeyib.

Qızın axtarışı zamanı mütəxəssislər çayda iki iri timsah yaxalayaraq ağır texnikanın köməyi ilə onları sahilə çıxarıb və yarıblar. Yerli mətbuatın məlumatına görə, timsahlardan birində uşağa aid olduğu güman edilən diş və sümüklər də daxil olmaqla insan qalıqları tapılıb. Yekun nəticə hələ də gözlənilir, lakin polis qalıqların kiçik yaşlı qıza aid olduğunu düşünür.

Malayziyada timsahların insanlara hücum etməsi halları getdikcə daha çox qeydə alınır. Belə ki, sentyabrın ortalarında təxminən beş metr uzunluğunda timsah balıqçıya hücum edərək onu öldürüb. Nəticədə heyvan hücum yerindən təxminən 60 metr aralıda tapılıb - timsah cansız bədəni ağzında saxlayıb və onu buraxmaq istəməyib. Nəticədə timsah güllələnib.

QAZİLER.AZ

Seçilən
24
qaziler.az

1Mənbələr