AZ

Livanda 24 saat ərzində 28 tibb işçisi öldürüldü

İsrailin hava hücumları nəticəsində və münaqişənin gərginləşdiyi bir vaxtda ölkəni işğal etdiyi Livanda son 24 saat ərzində 28 tibb işçisi həlak olub.

KONKRET.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bəyanat verib.

“Bu, kütləvi qurbanlara yardımın çatdırılmasını və tibbi dəstəyin davamlılığını ciddi şəkildə məhdudlaşdırır”, – deyə bəyanatda vurğulanır.

Qeyd edilib ki, təşkilat uçuş məhdudiyyətləri səbəbindən cümə günü ölkəyə böyük həcmdə tibbi ləvazimat göndərə bilməyəcək.

Günel Mikayılova,
KONKRET.az

Seçilən
17
konkret.az

1Mənbələr