AZ

İran yoxsa İsrail daha güclüdür?

Dünyanın ən güclü 145 ordusunun 2024-cü il siyahısında İsrail və İranın hərbi güc reytinqləri “PwrIndx”, yəni güc indeksinə əsasən müəyyən edilib. 

News24.az xəbər verir ki, ABŞ-da yerləşən “Global Firepower” təşkilatının apardığı araşdırmadan sonra dünyada güc sıralaması hər il dəyişir və bir çox fərqli statistik göstəricilərə görə ölkələr siyahıda yer alır. 2024-cü ilin reytinqi dəyişib, İsrail və İranın 2024-cü ildə hərbi güc mövqeləri müəyyənləşib.

2024-cü il üçün İsrail və İranın nisbi şərti müharibə güclərini göstərən müqayisə 8 fərqli statistikaya əsasən müəyyən edilib.

İnsan qüvvəsi, hava gücü, quru gücü, dəniz gücü, qaynaqları, maliyyə imkanları, logistika və coğrafi mövqeyə əsaslanaraq, 8 statistikadan 6-da İranın İsraildən güclü olduğu müəyyən edilib.

Qeyd edək ki, İsrail yalnız hava gücü və coğrafiya baxımından İranı qabaqlayır.

Müqayisələrlə buradan tanış ola bilərsiniz.

Günel Məlikzadə

Seçilən
24
news24.az

1Mənbələr