AZ

Mehdiyə 3 oyunluq cəza verdilər – Şübhə dolu tənqidə görə

“Marsel”in keçmiş müdafiəçisi və hazırkı idman direktoru Mehdi Benatia “Lion”la oyun zamanı hakimlərin işini tənqid edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəsmisi matçboyu çox şübhəli məqamların olduğunu bildirib:

“Birinci hissədə və matçboyu çox şübhəli məqamlar oldu. Cənab baş hakim Bastienin bizim oyunu idarə edəcəyini görəndə narahat olduq”.

“Marsel”in müdafiəçisi Leonardo Balerdi matçın ilk 5 dəqiqəsində iki sarı vərəqə alaraq, paltardəyişmə otağına göndərilib.

Fransa Futbol Federasiyasının intizam komissiyası bu ifadələrinə görə Benatianı 3 oyunluq diskvalifikasiya edib. Daha üç oyun üçün diskvalifikasiya yalnız şərtidir.

“Marsel” azlıqda qalmasına baxmayaraq, “Lion”a 3:2 hesabı ilə qalib gəlib.

Seçilən
17
sportinfo.az

1Mənbələr