AZ

Bayden İranın nüvə obyektlərinə hücumun əleyhinədir - SƏBƏB

ABŞ Prezidenti Co Bayden İsrailin İranın nüvə obyektlərinə hücumunun əleyhinədir.


Sfera.az xəbər verir ki, bu barədə "Financial Times” qəzeti yazıb.
 

Bəzi İsrail rəsmiləri belə bir hücuma çağırsalar da, dövri nəşrin mənbələrinə görə, bu variant müzakirə olunmur. İsrail İrana cavab zərbələri endirmək üçün bir neçə variantı nəzərdən keçirir, o cümlədən İranın neft infrastrukturuna zərbələr endirmək də planı da var.


ABŞ və digər Qərb müttəfiqləri İsraili diqqətini hərbi hədəflərə yönəltməyə çağırıb. Bayden “Böyük Yeddilik” liderləri ilə söhbətində bildirib ki, İsrailin cavab vermək hüququ var, lakin bu cavab mütənasib olmalıdır. Amerika administrasiyası münaqişənin daha geniş miqyasda genişlənməsindən qorxur ki, bu da təkcə İsrail dövlətinin mövcudluğunu deyil, həm də Amerikanın strateji maraqlarını sual altına qoya bilər. Bütün bunlarla yanaşı, Amerika administrasiyası da qeyd edir ki, onların İsrailə təsirləri kifayət qədər məhduddur.

İnci

Sfera.az

Seçilən
31
46
sfera.az

10Mənbələr