AZ

TFF ''Fənər''in istəmədiyi hakimi cəzalandırdı

Son turda ''Fənərbaxça''nın ''Antalyaspor''u səfərdə iki cavabsız qolla məğlub etdiyi oyundakı idarəçiliyi ilə müzakirələrə səbəb olan hakim Cihan Aydınla bağlı maraqlı xəbər yayılıb.

Türkiyə mətbuatının yazdığına inansaq, Türkiyə Futbol Federasiyası bu hakimi cəzalandırmaq qərarına gəlib.

Belə ki, Aydın gələn ildən etibarən FİFA referisi statusu almalı idi. TFF-nin 2025-in yanvarında FİFA-ya göndərəcəyi siyahıda onun da adı var idi. Amma ilin bitməsinə cəmi 3 ay qalmış Aydının adı siyahıdan çıxarılıb! Ona həm də bir müddət oyun verilməyəcəyi gözlənilir. Elə bu həftənin təyinatlarında da bu ədalət təmsilçisinin adı yoxdu.

Aydın son turda Antalyadakı oyunda nəticəyə təsir edən səhvə yol verməsə də, ''Fənərbaxça''nın əleyhinə bəzi qərarlar vermişdi. Onun xüsusilə VAR tərəfindən monitora dəvət edildiyi epizodu cəmi 18 saniyəyə başa vurması ''sarı-lacivərdlilər''i narazı salmışdı. ''Fənər'' hətta bu hakimdən federasiyaya şikayət məktubu ünvanlamışdı.

Cihan Aydın həm də futbol ictimaiyyətində ''Qalatasaray'' azarkeşi kimi tanınır. Bu məqamı son açıqlamasında ''Fənər''in vitse-prezidenti Acun Ilıcalı da qabartmışdı. Aydın 2022-ci ildən superliqa oyunlarına təyinat alır. '

'Ajansspor''un məlumatına görə Cihan Aydının əvəzinə FİFA-ya göndəriləcək siyahıya gənc hakim Mehmet Türkmənin adı salınacaq. ''Fənərbaxça''nın 4-cü turda ''Alanyaspor''u 3:0 məğlub etdiyi oyunun ardından Joze Mourinyo 30 yaşlı bu hakimi idarəçiliyinə görə təbrik etmişdi.

ƏLİ

Seçilən
62
football-plus.az

1Mənbələr