AZ

Mağarada 188 yaşlı kişi tapıldı

Hindistanda mağarada tapılan adamın görüntüləri sürətlə yayılıb.

News24.az xəbər verir ki, 188 yaşında olduğu iddia edilən kişinin bir dəri, bir sümük qaldığı görülüb. 

Səlahiyyətlilər tərəfindən müalicə altına alınan şəxsin şəxsiyyəti müəyyən edilib. Onu tanıyanların dediklərinə görə, həmin şəxsin 188 yaşı varmış. 

Təqdim olunan görüntülərdə kişinin mağaradan çıxarılması və acınacaqlı vəziyyəti diqqət çəkib. Məmurlar onu qollarından tutub apardıqdan sonra sosial şəbəkələrdə onun yaşının real olub-olmaması maraq doğurub.

Qeyd edək ki, rəsmi olaraq dünyanın ən yaşlı insanı 117 yaşlı Mariya Branyasın ölümündən sonra Yaponiyada qocalar evində qalan 116 yaşlı Tomiko İtuka kimi tanınır.

Ginnesin Rekordlar Kitabına görə, indiyə qədər təsdiqlənmiş ən yaşlı insan 122 il 164 gün yaşayan Jeanne Calment (Fransa) olub.

Məryəm İlhamqızı

Seçilən
16
news24.az

1Mənbələr