AZ

Azyaşlı qızların makiyaj HƏVƏSİ – Bu hansı problemləri YARADIR?

Kiçik yaşlardan bir çox qızın makyaj vasitələrinə xüsusi heyranlığı olur, ancaq zaman keçdikcə bu həvəs olaraq qalmır. Artıq azyaşlılar da 11-12 yaşından başlayaraq üzlərinə kosmetik vasitələrdən istifadə edirlər. Təbii ki, bu kosmetikaların hər birinin tərkibi yaxşı olmur, müxtəlif kimyəvi tərkibli olanlar da var. Həmçinin, mütəxəssislər tez-tez vurğulayırlar ki, o yaşdakı azyaşlıların belə məhsullardan istifadəsi dərilərinə mənfi təsir edə bilər. 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən dermatoloq Kənan Əhmədov kosmetik vasitələrin ərgənlik dönəmində istifadəsinin gələcəkdə yaradacağı problemlərdən bəhs edib. O bildirib ki, uşaqlar bu yaşlarda artıq ərgənlik dönəminə keçid edirlər və onlarda hormonal dəyişikliklər yaranır.

“Nəticədə üzdə olan tər, piy vəzilərinin sekresiyası həddən artıq artır. Üzə vurulan makyaj , kimyəvi maddələr həmin vəzilərin tıxacına səbəb olur. Bu da gələcəkdə dəridə başqa xəstəliklərin inkişafına səbəb ola bilər. Məsələn, akne, üzdə quruluq, allergik dermatit yarana bilər”.

Dermatoloq azyaşlılara tövsiyə edir ki, ərgənliyə keçid yaşlarında kosmetik vasitələrindən istifadə etməsinlər.

Nəzrin Mirzəyeva, Bizim.Media

Seçilən
9
bizim.media

1Mənbələr