AZ

Rusiyada tamaşa biletləri pasportla satılacaq

Oktyabrın 1-də Rusiyanın  "Bolşoy Teatr"ında  biletləri yalnız pasportla satmağa başlayıblar.

Oxu24.com  xəbər verir  ki, bu barədə “Moskva 24” məlumat yayıb.

Bu halda, alıcının şəxsi məlumatları biletə daxil ediləcək. Qeyd olunur ki, göstərilən məlumatlar uyğun gəlmirsə, tamaşaçı tamaşaya buraxılmayacaq. Teatrdan bildirilib ki, biletlərin skalplanmasının qarşısını almaq üçün belə tədbirlərin tətbiqinə qərar veriblər.

Keçən ilin noyabrında “Şelkunçik” baletinə bilet almaq üçün növbəyə düşən izdiham qurbanları Böyük Teatrdan şikayət ediblər.

Nigar

 

Seçilən
6
oxu24.com

1Mənbələr