AZ

Dövlət qurumu işçi axtarır - VAKANSİYA

Dövlət qurumu

Aparıcı mühasib

Son tarix 03 noy 2024 - [email protected]

Vəzifə öhdəlikləri:

  • Maliyyə Nazirliyinin Xəzinədarlıq portalı üzrə sənədləşmənin aparılması, ödənişlərin icrası;
  • Maliyyə hesabatlarının (Balans, mənfəət-zərər və pul vəsaitlərinin hərəkəti) hazırlanması və Maliyyə Nazirliyinə təqdim edilməsi;
  • Rəsmi hesabatların (Vergi, Statistika, Əmlak) təqdim edilməsi (aylıq, rüblük və illik);
  • e-taxes.gov.az vergi sistemində əməliyyatların aparılması və Dövlət Vergi Xidmətindən daxil olan sorğuların cavablandırılması;
  • Daxil olan pul vəsaitlərinin, kreditor və debitor borcların, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək.

Tələb olunan bilik və bacarıqlar:

  • Müvafiq sahə üzrə ali təhsil (Maliyyə, mühasibat uçotu);
  • Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi;
  • Maliyyə, vergi, statistika, əmlak və digər müvafiq hesabatların tərtib edilməsi təcrübəsi;
  • Mühasibatlıqla bağlı qanunvericilik və vergi məcəlləsi üzrə məlumatlılıq;
  • Microsoft Office proqramlarını (xüsusilə MS Excel yaxşı səviyyədə) bilməli;
  • Sahə üzrə peşəkar sertifikatların olması üstünlükdür;
  • Azərbaycan dili sərbəst; rus və ya ingilis dili arzuolunandır;
  • Riyazi hesablama aparma və analitik təhlil etmə qabiliyyəti;
  • Çalışqanlıq, məsuliyyətlilik, düzgünlük, dəqiqlik, çeviklik.

İş şəraiti ilə bağlı məlumat: 

  • 5 günlük (həftə arası) iş qrafiki
  • Əmək haqqı – razılaşma əsasında
  • Könüllü tibbi sığorta
  • Təlim və imtahan xərcləri qarşılanır.

Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, [email protected] e-mail ünvanına göndərə bilərlər.

Seçilən
7
fed.az

1Mənbələr