AZ

Bütün futbolçuları arxada qoyur

“Transfermarkt” internet portalı İngiltərə premyer-liqasında çıxış edən futbolçularının yeni bazar qiymətlərini açıqlayıb.

“Mançester Siti”nin hücumçusu Erlinq Holannın transfer qiymətinin artdığı da məlum olub. Norveçlinin qiyməti hazırda 200 milyon avroya bərabərdi. Bu, onu dünyanın ən bahalı futbolçusu edir.

Holannın ən yaxın izləyiciləri - Kilian Mbappe (Real), Cud Bellingem (Real) və Vinisius Junior (Real) 180 milyon avro dəyərində qiymətləndirilir.

Holann MS-də 2022-ci ilin yayından çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 8 matçda iştirak edib və 11 qol vurub.

Erlinqin klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Seçilən
22
football-plus.az

1Mənbələr