AZ

Yeni dövr və bərpa-quruculuq işləri



2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan ordusu “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyünün bərpası ilə nəticələndi.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonu 27 il davam edən işğaldan sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qəhrəman Ordumuzun şücaəti nəticəsində üç il öncə oktyabr ayının 4-də düşmən işğalından azad olmuşdur. Cəbrayılın işğaldan azad olunması düşmənə ağır zərbə vurmuşdur. Heç təsadüfi deyil ki, “Böyük Qayıdış” Cəbrayıldan başlamışdır.Ermənistanın uzun illər işğal altında saxladığı Azərbaycan ərazilərində təbiətə qarşı düşmən münasibəti nəticəsində işğal altında olan ərazilərdə əsl vandalizm həyata keçirildi. Düşmənin törətdiyi ekoloji terror nəticəsində regionun ətraf mühitinə ciddi təhlükə yaranmışdır. Uzun müddət həmin ərazilər narkotik vasitələrin becərilməsi və tranziti rolunu oynayıb. Qazanılan Qələbə nəticəsində artıq ermənilərin bu qanunsuz əməllərinə son qoyulub.İşğaldan azad olunmuş bütün ərazilərdə olduğu kimi, Cəbrayıl rayonunda da genişmiqyaslı yenidənqurma və quruculuq işləri uğurla davam etdirilir. Yeni-yeni avtomobil, müasir tipli dəmir yolları çəkilir, abadlıq və quruculuq işləri geniş sürətlə həyata keçirilir, "yaşıl enerji" zonası yaradılır. Pilot layihələr tətbiq edilir, dini-mədəniyyət abidələrimiz, dağıdılmış infrastrukturlar yenidən qurulur və geniş tikinti-quruculuq işləri aparılır, bir sözlə, rayon müasir səviyyədə yenidən tikilir.Hal-hazırda Cəbrayılda bərpa-quruculuq işləri aparılır: “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması, Cəbrayıl yarım-stansiyasının istifadəyə verilməsi, Cəbrayıla yol çəkilməsi, rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi önəmli hadisələrdəndir. Biz müharibəni Zəfərlə başa vurduq. İndi sülh dövrünü də zəfərlə başlamışıq, zəfərlə başa vuracaq.

Vətən müharibəsinin başa çatdırılması və Qarabağın işğaldan azad edilməsindən sonra Azərbaycan kifayət qədər iqtisadi potensial topladı. Ölkədə təbii ehtiyatlardan səmərəli istifadə ilə bağlı iqtisadi islahatların sayı artırılmaqdadır. İqtisadiyyatın və sosial məkanın bazar tələblərinə uyğun yenidən qurulması üçün mühüm addımlar atılmağa başlanılmışdır.

Ərşad Hüseynov,
YAP Gədəbəy rayon təşkilatının gənc fəalı
Seçilən
25
newscenter.az

1Mənbələr