AZ

Berlində aksiyalar başladı - Ukrayna və yaxın Şərqə görə

Almaniyanın paytaxtı Berlində Kiyevə silah tədarükünə qarşı, Ukrayna və Yaxın Şərqdəki münaqişənin diplomatik yolla həlli üçün nümayiş keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli mətbuatda məlumat paylaşılıb.

Aksiya Almaniyanın Birlik Gününə təsadüf edir və Berlindəki Tierqarten Parkının mərkəzi meydanında keçirilib.

Etirazçılar əllərində Rusiya, Fələstin bayraqları, habelə hökuməti Ukrayna və Yaxın Şərqdə sülh yolu ilə nizamlanmasına yardım etməyə çağıran müxtəlif plakatlar daşıyırlar.


Müəllif: Arzu
Seçilən
16
teleqraf.com

1Mənbələr