AZ

“Qarabağ Ordu” ilə “İmarət” arasındakı münasibətlər iki fanklubu əlaqələndirir” - iki fanklub arasında nə baş verir?

Bir neçə dəqiqə sonra “Qarabağ” Avropa Liqasında “Malmö”nü qəbul edəcək.

Ağdam klubunun oyununa diqqət və maraq çoxdu. Bu gecə ən azı 25 min adam “köhlən atlar”ı tək qoymayacaq. “Tofiq Bəhramov”da anşlaq olacağı bəllidi.

Bəs “Qarabağ Ordu” bu görüşə necə hazırlaşır? Fanklubla əlaqə saxlayıb oyuna necə hazırlaşdıqlarını öyrəndik:

“Adam sayı dəqiq deyil, amma kütlə çoxdu bu oyun üçün. Həmişə necə olubsa, bu gün də elə olacaq”.

Yeri gəlmişkən, son oyunlarda “İmarət Tayfa” ilə “Qarabağ Ordu”nun yanaşı dayandığını görürük. Bu isə “Zirə” - “Qarabağ” matçında “İmarət”in “Ordu”ya görə tribunaları tərk etməsindən sonra baş verir. “Buzlar əriyib, münasibətlər qaydasına düşübmü” sualımıza belə cavab aldıq:

“Ordu” ilə “İmarət” arasındakı münasibətlər iki fanklubu əlaqələndirir. Bunun heç bir şəxsə, media mənsubuna və şirkətinə aidiyyatı yoxdu. Sadəcə, biz tribunaların bir-biri ilə şəxsi əlaqələrini mediaya yansıtmamasının tərəfdarıyıq”.


RÖYANƏ OĞUZ
Seçilən
13
football-plus.az

1Mənbələr