Argentina təmsilçisi "Qalatasaray"ın ulduzu ilə yaxından maraqlanır.

Offsideplus.az xəbər verir ki, "Boka Xuniors" Lukas Toreyranı heyətinə cəlb etmək istəyir. Bu barədə "Bocanoticias" məlumat yayıb.

Cənubi Amerikalıların qış "transfer pəncərəsi"ndə "sarı-qırmızılar"a təklif göndərəcəyi iddia olunur. 

Həmçinin, uruqvaylı oyunçu bir müddət öncə reportajların birində "aslanlar"ın onun üçün Avropada çıxış etdiyi sonuncu komanda olacağını və "Boka Xuniors"da oynamağa can atdığını qeyd etmişdi.