AZ

Hava limanının çeşidləmə otağında bir sərnişinə məxsus çamadan partlayıb

Oktyabrın 3-nə keçən gecə Varşava Şopen hava limanının çeşidləmə otağında çamadan partlayıb.

Partlayış nəticəsində xəsarət alan olmayıb, təxliyyə aparılmayıb. TVN24 xəbər verir ki, hadisə yerinə gələn yanğınsöndürənlər partlayış yerində biomateriallar və quru buz olan konteyner aşkar ediblər.

Hava limanının sözçüsü Anna Dermontun sözlərinə görə, partlayan çamadandakı germetik konteyner sızdırılıb. Çamadan partlayıb, lakin sərnişinin daşıdığı biomateriallar zədələnməyib. Vəziyyət, xanım Dermontun sözlərinə görə, həll olunub. Bu zaman hava limanında sərnişinlərin qeydiyyatı dayandırılıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
13
editor.az

1Mənbələr