AZ

Rusiya Kubokunda oyuncaq vertolyot qorxu yaşatdı

Futbol üzrə Rusiya Kubokunda Sankt-Peterburq “Zenit”i ilə Tolyatti “Akron”u arasında keçirilmiş oyunda (5:1) qorxunc anlar yaşanıb.

Arena.az məlumat verir ki, oyunun gedişində meydana uçmuş oyuncaq vertolyot “Zenit”in braziliyalı mərkəz yarımmüdafiəçisi Markus Vendelə çırpılıb.

Bu əşyanın nə olduğunu dərhal anlaya bilməyən və təhlükəli olduğundan şübhələnən komanda oyunçuları hadisə yerindən uzaqlaşdırılıblar. Sonradan məlum oldu ki, bu, sadəcə radio ilə idarə edilən kiçik bir oyuncaq vertolyotdur.

“İnsaydı ot Karpa” “Telegram” kanalının məlumatına görə, oyuncaq vertolyotu stadiona iki məktəbli gətirib. 16 yaşlı oğlanlar tapılıblar. Onlar dindiriliblər və ciddi cəzalarla üzləşməyiblər. Ağıllı uşaqlar oyuncağı hissə-hissə, sökülmüş halda “Qazprom Arena”ya gətiriblər. Onlar daha sonra oyunun gedişində yığıb-quraşdıraraq işə salıb meydana uçurublar.

Seçilən
13
arena.az

1Mənbələr