AZ

Bakı metrosunda bədbəxt hadisə baş verib

Bir qədər əvvəl "Bakı Metropoliteni" QSC-nin “Ulduz” stansiyasında naməlum sərnişin qatar yoluna düşüb.

Xəzərnews.az xəbər verir ki, hadisə qatar stansiyaya daxil olarkən baş verib.

Sərnişin qatarın altında qalıb, onun vəfat edib-etmədiyi hələ ki, məlum deyil.

Hadisəyə görə qatarların hərəkəti dayandırılıb.

Xəbər 2 dəfə oxunub.
Seçilən
10
2
xezernews.az

10Mənbələr