AZ

İrəvan sürətlə silahlanır, münaqişə alovlana bilər - Ekspert

Ermənistan dayanmadan silahlanır və bu yenidən münaqişəni alovlandıra bilər.

Axar.az xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev qeyd edib.

Onun sözlərinə görə, Ermənistan ordusu Hindistandan gətirilən 155 mm/52 kalibrli ATAGS yedəkli haubitsalarının sınaqlarını başa çatdırıb:

“Erməni mənbələrinin məlumatına görə, haubitsalar ölkənin müxtəlif bölgələrində keçirilən bütün qoşun sınaqlarından keçib.

ATAGS haubitsası Ermənistan ordusunun sifarişi ilə trayektoriya hesablama modulunda erməni dilindən istifadə edilməklə proqramlaşdırılıb. Bundan əlavə, silahın erməni hərbçilərinin xüsusi tələblərinə uyğunlaşdırılması üçün bir neçə başqa modifikasiya edilib”.

Seçilən
45
15
axar.az

10Mənbələr