AZ

"Xoşbəxtlikdən mənim heç bir qiymətli mülküm yoxdur" - Morata

"Milan"ın hücumçusu Alvaro Morata Korbetta şəhərinin merinin sözlərinə cavab verib.

90deqiqe.Az xəbər verir ki, bu barədə ispan futbolçu sosial şəbəkədəki hesabında yazıb. 

“Hörmətli cənab mer, şəxsi toxunulmazlıq hüququmu pozduğunuz üçün sizə təşəkkür edirəm. Xoşbəxtlikdən mənim heç bir qiymətli mülküm yoxdur. Yeganə xəzinə təhlükəsizliyi pozulan övladlarımdır.

Düşünürdüm ki, Korbetta bələdiyyəsi mənə bir qədər şəxsi həyatıma zəmanət verə bilər, amma bunun əvəzində hakimiyyətin sosial şəbəkələrdən istifadə edə və vətəndaşlarını qoruya bilmədiyi üçün dərhal evimi dəyişmək məcburiyyətindəyəm”

Xatırladaq ki, daha əvvəl Korbetta şəhərinin meri span futbolçunun məhz bu yerdə məskunlaşacağını bildirən açıqlama vermişdi.

Morata ötən yay "Atletiko Madrid"dən "Milan"a keçib. Bu mövsüm hücumçu bütün turnirlərdə altı matçda iştirak edib, iki qol vurub və bir məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 16 milyon avrodur.

Seçilən
16
90deqiqe.az

1Mənbələr