AZ

ÜST yeni epidemiya təhlükəsi barədə xəbərdarlıq edib

Dünya yeni Marburq virusu epidemiyası təhlükəsi ilə üz-üzədir.Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Məlumata görə, təşkilat ölümcül xəstəliyin ilk hallarının Ruandada qeydə alındığını bildirib.

Təşkilat bu epidemiya riskini regional miqyasda yüksək, qlobal miqyasda aşağı olaraq qiymətləndirib.

Ümumilikdə, ÜST xəstəliyə 27 yoluxma və 9 ölüm hadisəsi olduğunu bildirib.

Qeyd edək ki, oktyabrın 2-də Almaniya federal polisi iki sərnişində Marburq virusunun əlamətlərinə görə Hamburq Mərkəzi Stansiyasında 7 və 8-ci yolları bir neçə saatlıq bağlayıb. 13 fevral 2023-cü ildə isə ÜST ilk dəfə Ekvatorial Qvineyada Marburq virusunun yayılması barədə məlumat yayıb.

Marburq virusu Ebola virusu ilə eyni virus ailəsinə aiddir. İnsanlarda şiddətli hemorragik qızdırmaya səbəb olur və 88% hallarda ölümcül olur.
www.anews.az
Seçilən
4
1
anews.az

2Mənbələr