AZ

WhatsApp-a bir yenilik gəlir

WhatsApp messencerində həmsöhbətin mesaj yazması barədə məlumatlandırma ilə bağlı bir yenilik  olacaq.

Oxu24.com xəbər verir  ki, bu barədə WAbetainfo portalı məlumat yayıb.

Mütəxəssislərin bildirdiyi  kimi, hazırkı versiyada istifadəçilər həmsöhbətin ekranın yuxarı hissəsində, fotosunun altında mesaj yazması barədə bildiriş görə bilərlər.

Yeniləmədə bu təyinat söhbət pəncərəsinin özünə keçəcək. Əgər həmsöhbət mətn mesajı yazırsa, o zaman onun yazdığı şəxs yazışmalarında düz üç nöqtə görəcək. Əgər o, səsli mesaj yazırsa, ekranda mikrofon işarəsini görəcəksiniz.

Bildirilir ki, yenilik həm “Android”, həm də “iOS” sistemlərində qurğular üçün tətbiqlərdə görünəcək. Portalın məlumatına görə, o, artıq tətbiqin beta versiyasında mövcuddur və onu onlayn mağazalardan yükləmək olar.

Bundan əvvəl messencerdə yeni funksiyanın görünəcəyi məlum olub. Bildirilib ki, istifadəçilər “WhatsApp”da onlara göndərilən linklər haqqında məlumatı operativ şəkildə axtara biləcəklər.

 

Miri

 

Seçilən
10
9
oxu24.com

10Mənbələr