AZ

SON DƏQİQƏ: Sərnişinlər qatardan düşürüldü, metroda nə baş verir? - Fotolar

Bakı metrosunun fəaliyyətində nasazlıq yaranıb.

Yenisabah.az xəbər verir ki, metronun Nəriman Nərimanov stansiyasında 20 dəqiqədən çoxdur ki, qatarların fəaliyyəti dayanıb. Sərnişinlər qatardan düşürüldüyü üçün stansiyada ciddi sıxlıq yaranıb.

İçərişəhər-Həzi Aslanov istiqamətində hərəkət edən qatar 20 dəqiqədir ki, N.Nərimanov stansiyasında dayanıb. Məhz bu səbəbdən sərnişinlər arasında panika hökm sürür. Ərazidə xidmət aparan polis əməkdaşları və metropoliten işçiləri isə sərnişinlərə nə baş verdiyi barədə izahat verməkdən imtina edirlər.  vakansiyalar

Qeyd edək ki, bu, gün ərzində metroda baş verən ikinci hadisədir. Buna qədər 55 yaşlı Bakı sakini Rövşən Abışov özünü qatarın altına ataraq intihar etdiyindən metronun fəaliyyətində fasilə yaranmışdı. 


Telegram kanalımız
Seçilən
25
yenisabah.az

1Mənbələr