AZ

ÇL-in əsas favoriti müəyyənləşdi - Bu, nə "Real Madrid"dir, nə də "Mançester Siti"

Nüfuzlu "Goal" nəşri Çempionlar Liqası komandalarının Liqa mərhələsinin ilk iki turunda qeydə alınan nəticələrjnə əsasən reytinq tərtib edib. 

Fanat.Az xəbər verir ki, bu sıralama komandalanın qitənin əsas klub turnirində qalib gəlmək şansını əks etdirir. 

İlk iki turda “Atalanta” ilə heç-heçə (0:0) edib PSJ-yə isə (2:0) qalib gələn “Arsenal" reytinqdə birinci yeri tutub. 

İkinci yerdə avqustdakı sıralmada lider olan “Mançester Siti” qərarlaşıb. İlk "üçlüy"ü çərşənbə günü "Lill"ə sensasiyalı şəkildə uduzan "Real Madrid" tamamlayır. 

İlk "10-luq"da daha sonra “Liverpul”, “İnter”, “Bayern Münhen”, “Bayer Leverkuzen”, “Yuventus”, “Barselona” və “Borussiya Dortmund” yer alıb.

Mirağa 

Seçilən
11
1
fanat.az

2Mənbələr