AZ

Ukrayna Çexiya təşəbbüsü çərçivəsində 500 min döyüş sursatın üçdə birini alıb

Ukrayna Çexiyanın ilin sonuna qədər tədarük etməyi planlaşdırdığı 500 min ədəd sursatın üçdə birindən çoxunu artıq alıb.

"Ceske Noviny" nəşri bu barədə Ukraynanın Praqadakı səfiri Vasil Zvariçin bəyanatlarına istinadən məlumat yayıb.

Bildirilir ki, Praqa 37,7 milyon dollar sərmayə qoyaraq Ukrayna üçün artilleriya sursatlarının alınması üçün beynəlxalq təşəbbüs təşkil edib.

Nəşr diplomatın sözlərindən sitat gətirir: "Ukrayna öz imkanlarını artırıb, lakin onları daha da inkişaf etdirmək və daha kiçik çaplı sursat istehsal etmək üçün bizə müəyyən maliyyə resursları lazımdır".

Seçilən
21
aznews.az

1Mənbələr