AZ

Landsberqis Qərbin sifarişini icra edir - RƏY

Bakı. Trend:

Avropa Şurası Nazirlər Komitəsinin hazırkı sədri, Litvanınxarici işlər naziri Qabrielius Landsberqisin Strasburqda AŞPAsessiyasında Azərbaycana qarşı səsləndirdiyi fikirlər tamamiləböhtan xarakterlidir.

Bunu Trend-ə açıqlamasında politoloq İlyasHüseynov deyib.

O bildirib ki, bu fikirlər ölkəmizin nüfuzuna xələl gətirməyəyönəlib:

"Bu gün Litva faktiki olaraq Qərbin vassal dövlətidir. Qərbinsifarişlərini qeyd-şərtsiz yerinə yetirir. Elə bunun nəticəsidirki, Qərbin ayrı-ayrı coğrafiyalarda siyasətini təmin etmək üçünLitvadan tez-tez istifadə olunur. Litvanın xarici işlər nazirininTbilisidə keçirilən müxalifətin aksiyasında peyda olması bunungöstəricisidir.

Bu gün də Litvada antisemitizm əhval-ruhiyyələri artmaqdadır.Ölkə əhalisinin bir qismini təşkil edən etnik ruslar vətəndaş hesabolunmur. Ölkədə islamofobiya dərin kök salmaqdadır. Neçə ildirmüsəlman icması Vilnüsdə məscid tikintisinə çalışsa da, hakimiyyətbuna icazə vermir və müsəlmanlar adi mənzillərdə toplaşmalıolurlar. Bu da dövlət siyasətidir".

Siyasi təhlilçi Turab Rzayev bildirib ki,Avropa Şurası Nazirlər Komitəsinin hazırkı sədri, Litvanın xariciişlər naziri Qabrielius Landsberqisin Strasburqda AŞPA sessiyasındaAzərbaycana qarşı səsləndirdiyi fikirlər Azərbaycan tərəfindən xoşqarşılanmır.

"Litva ilə Azərbaycanın keçmişə dayanan əlaqələri olub. Beləolan halda Litvanın bunu görməzdən gəlməsi və Azərbaycanın əleyhinəbelə tənqidlər səsləndirməsi heç də yaxşı deyil. Eyni zamanda,Litvanın Azərbaycanı insan hüquqları ilə bağlı ittiham eləməsiözündə olan insan hüquqları məsələsini önə çıxarır. Litvada milliazlıqlara qarşı açıq şəkildə assimilyasiya siayasəti yürüdülür.

Belə demək mümkünsə, dedikləri ilə etdikləri üst-üstə düşmür.Landsberqis Qərbin sifarişini icra etməklə, faktiki olaraq,Litva-Azərbaycan münasibətlərini pozur. Litvanın bu davranışıbölgədə sülhə mane olur", - deyə o qeyd edib.

Məqalədə:
Seçilən
19
az.trend.az

1Mənbələr