Polis Akademiyasında kursant olmaq istəyənlərin nəzərinə. Bu barədə artıq məktəblərdə təbliğat prosesinə başlanılıb.
News365.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev bildirib. O qeyd edib ki, seçilən şagirdlərə diqqət göstərilir. Növbəti ildə də Polis Akademiyasına qəbul planında 500 nəfər Hüquqşünaslıq, 25 nəfər İnformasiya Təhlükəsizliyi ixtisasları üzrə kursant qəbulu aparılacaqdır.