AZ

Afət Fərmanqızı "itqızı" məsələsinə aydınlıq gətirdi - VİDEO

Müğənni Afət Fərmanqızı ətrafında qalmaqal bitmək bilmir.Bir neçə ildir ki, Xalq artisti Flora Kərimova ilə məhkəməlik olan Afət Fərmanqızı məhkəmədə qalib gəldikdən sonra efirlərin birində Flora Kərimovaya barışıq əlini uzadıb.Qeyd olunan  təklifdən sonra sosial şəbəkələrdə Afət Fərmanqızının arxiv videosu yayılıb.

CityPost.az xəbər verir ki, yayılan  videoda  Afət  Fərmanqızının  "Flora Kərimovadan  üzr istəsəm, Afət  Fərmanqızı  yox, Afət  itqızı olaram" ifadəsi  də  yer  alıb.

Əməkdaşımız  yayılan video ilə  bağlı  müğənni  Afət  Fərmanqızı  ilə  əlaqə  saxlayıb .Afət Fərmanqızı bu videonun bəzi hissələrinin kəsildiyini və onun fikrinin təhrif olunaraq paylaşıldığını bildirib.

Seçilən
9
1
bizimshow.az

3Mənbələr