AZ

Diaqnoz Tibb Mərkəzi tərəfindən “eManat” şirkətində maarifləndirici seminar keçirilib - FOTOLAR

Oktyabr - “Süd vəzi xərçəngi ilə mübarizə ayı” çərçivəsində “eManat” şirkətində, “Meqa Sığorta” ASC-nın və “Diaqnoz Tibb Mərkəzi” MMC-nin birgə təşkilatçılığı ilə maarifləndirmə aksiyası keçirilib. 

"Unikal" xəbər verir ki, aksiya çərçivəsində Cərrah Mama-Ginekoloq Dr. Ramilə Abbaszadə və Radioloq Dr. Könül Məmmədova “Süd vəzilərin sağlamlığını qoruyaq” mövzusu ilə çıxış ediblər. 

Maarifləndirmə ayı ilə bağlı keçirilən tədbirin iştirakçılarına məlumatlandırıcı materiallar, həmçinin Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayını simvolizə edən çəhrayı lentlər paylanılıb.

Məlum olduğu kimi, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 1992-ci ildən etibarən oktyabr ayını Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı elan edib. Bu ayın keçirilməsində məqsəd qadınlara süd vəzi xərçəngi xəstəliyi barədə geniş məlumat vermək, xəstəliyin qarşısının alınması üçün sağlam həyat tərzi seçməyin vacibliyini, xəstəliklə mübarizədə erkən diaqnostika və müayinə üsullarının əhəmiyyətini vurğulamaqdır.

Seçilən
13
50
unikal.az

10Mənbələr