AZ

Afət Fərmanqızı "itqızı" məsələsinə aydınlıq gətirdi - VİDEO

Müğənni Afət Fərmanqızı ətrafında qalmaqal bitmək bilmir.Bir neçə ildir ki, Xalq artisti Flora Kərimova ilə məhkəməlik olan Afət Fərmanqızı məhkəmədə qalib gəldikdən sonra efirlərin birində Flora Kərimovaya barışıq əlini uzadıb.Qeyd olunan  təklifdən sonra sosial şəbəkələrdə Afət Fərmanqızının arxiv videosu yayılıb.

CityPost.az xəbər verir ki, yayılan  videoda  Afət  Fərmanqızının  "Flora Kərimovadan  üzr istəsəm, Afət  Fərmanqızı  yox, Afət  itqızı olaram" ifadəsi  də  yer  alıb.

Əməkdaşımız  yayılan video ilə  bağlı  müğənni  Afət  Fərmanqızı  ilə  əlaqə  saxlayıb .Afət Fərmanqızı bu videonun bəzi hissələrinin kəsildiyini və onun fikrinin təhrif olunaraq paylaşıldığını bildirib.

"Mən böyüklüyümü  göstərdim.Məhkəmədə  qalib  gəldiyim  halda  Flora  xanımdan efir vasitəsi  ilə  üzr  istədim Üzürü qəbul edib-etməməyi onun öz  işidir. Bu mənə qətiyyən maraqlı deyil .İllər  əvvəl  Nəsimin  qəzəlini  oxuduğum  üçün  aramızda məhkəməyə qədər gəlib çatan mübahisə yarandı.  Mən nə günah iş  görmüşdüm  ki? Flora Kərimova çıxıb efirdə dedi ki,Afət Nəsimiyə  toxunmasın.Nəsimi  toxunulmazdır.  Mən də bu sözlərə  cavab  olaraq bildirmişəm ki, Nəsimi  mənim üçün  Allah deyil ki, toxunulmaz olsun.Kimdir  Nəsimi?  Mən Nəsimi sevdiyimdən  oxumuşam. Nəsimi  bu gün sağ olsaydı,mənə təşəkkür edərdi.",- deyə müğənni bildirib.

Afət Fərmanqızı həmçinin yayılan arxiv videosuna da münasibət bildirib.

 

 

"Qeyd etdiyiniz videonu əyri ayaq,çəpgöz- yaşı 60-ı keçən biri yayır. Hamısı onun  işləridir. Mənim  Flora  xanımla  barışacağımı  gördülər. Aranı  qatmaqdan ötrü mənim arxiv videomu təhrif  olunmuş şəkildə  yaydılar. Mən  orada  demişdim ki, etmədiyim  işə  görə məhkəməni uduzsam,məndən üzr tələb olunarsa Flora Kərimovadan üzr istəsəm,Afət Fərmanqızı yox,Afət itqızı olaram. Bu gün mən məhkəməni  udmuşam.Məhkəməni  udduğum halda qarşı tərəfdən üzr istəməyim mənim humanist və böyük  insan olduğumdan xəbər verir. Mən bu vaxta qədər Flora Kərimova pərt olmasın deyə məhkəmədə qalib gəldiyimi deməmişdim.Bu gün bütün bunları açıqlamağa məcbur edirlər.Mən insan kimi çox rahatam.Məhkəməni qalib gəldiyin halda üzr istəmək hər insanın işi deyil.Bir daha qeyd edirəm ki,mən demişəm ki, haqsız yerə uduzaramsa, üzr istəmərəm,gedərəm  cəzam nədirsə çəkərəm. Mən bu gün  məhkəməni udub könüllü üzr istəmişəm,heç kim məni məcbur etməyib ",-deyə müğənni fikrini yekunlaşdırıb.

Afət Fərmanqızının açıqlamasını təqdim edirik:

Seçilən
20
1
oxu24.com

3Mənbələr