AZ

Qarğanın hücumuna məruz qalan 87 yaşlı qadın barmaqlarından oldu

Ölkənin cənubundakı Aveyron əyalətinin Verrieres qəsəbəsində yaşlı qadın öz bağında olarkən qarğa ona hücum edib.
 
Moderator.az Sonxeber.az-a istinadən xəbər verir ki, dəqiqələrlə davam edən hücumda yaşlı qadının qolları və bilək nahiyələri ciddi xəsarət alıb.
Xəstəxanaya aparılan qadının vətərlərindəki xəsarətlərin onun iki barmağını itirməsinə səbəb ola biləcəyi bildirilib.
 
Verrieres Bələdiyyə Başçısı Jerome Mouries bildirdi ki, yaşlı qadının xəstəxana xərcləri onun tibbi sığortası ilə əhatə olunmur, buna görə də şəhər olaraq onun müalicəsinin xərclərini onlar öz üzərinə götürürlər.
 
Mouries vəziyyəti Fransadakı Quşları Mühafizə Dərnəyinə bildirdiklərini, lakin dərnəyin idarəçiləri "heç bir fotoşəkil olmadan Fransa və ya Avropada bir qarğanın bir insana hücum etdiyinə inanmaları mümkün olmayacaq" dedi.
 
Yaşlı qadına edilən hücumun kameralar tərəfindən qeydə alındığını bildirən Mouries, qarğaların nəzarət altına alınmasını istəyib.
 
Fransadakı Quşları Mühafizə Dərnəyinin məlumatlarına görə, orada çoxalmağa yararlı 850 cüt qarğa var və hər il bu quşlardan 500 bala doğulur.
Seçilən
20
moderator.az

1Mənbələr