AZ

Bakıda daha bir küçədə mikromobillik zolağı təşkil edildi - FOTO

Azərbaycan Yerüstü Nəqliyyat Agentli (AYNA) tərəfindən paytaxtın Yusif Səfərov küçəsində mikromobillik zolaqlarının təşkilinə başlanılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu zolaq şəhərin mərkəzini “Xətai” metrostansiyası, Xocalı prospekti, Fəzail Bayramov, Həmid Abbasbəyli, Afiyəddin Cəlilov və Yusif Səfərov küçələri ilə əlaqələndirəcək.

Hazırda zolağın uzunluğu 430 metrə yaxındır. Görülən işlər çərçivəsində velosiped zolağı Həmid Abbasbəyli küçəsinədək (“Sevirəm” parkının yanı) uzanacaq və təxminən 850 metr təşkil edəcək. 

Qeyd edək ki, Xocalı prospekti, “Sevirəm” parkı və 28 May küçəsini əlaqələndirən  mikromobillik vasitələri üçün yeni zolaq Yusif Səfərov küçəsində şəbəkənin ən vacib hissələrindən biridir.

Seçilən
37
10
iqtisadiyyat.az

10Mənbələr