AZ

Dəhşətli həqiqət: Dörd ofisiantdan üçü...

Almaniyanın Münhen şəhərində hər il keçirilən dünyanın ən böyük xalq festivallarından biri olan Oktoberfest hər il sentyabrın sonu və oktyabrın əvvəli arasında təxminən iki həftə davam edir. 

News24.az xəbər verir ki, Bavariya mədəniyyətini və adət-ənənələrini yaşamaq istəyənlərlə yanaşı əyləncədən həzz almaq istəyənlərin də qatıldığı Oktoberfest cinsi təcavüz halları ilə də diqqət çəkir.

Münhen Tətbiqi Elmlər Universitetində dərc edilən araşdırmaya görə, Oktoberfestdə işləyən dörd ofisiantdan üçü orada işləyərkən cinsi təcavüzə məruz qaldıqlarını deyib.

Sorğuda iştirak edən ofisiantların 76 faizi işləyərkən cinsi qısnama məruz qaldıqlarını bildirsə də, yalnız bir neçəsi təcavüzə məruz qaldığını rəhbərlərinə bildirib. Təcavüzə məruz qalan ofisiantlar şikayət verməkdənsə, təcavüzlə mübarizə aparmaq üçün öz strategiyalarını inkişaf etdirməyə üstünlük verdiklərini bildirdilər.

Araşdırmada bildirilib ki, ofisiantlara işəgötürənləri tərəfindən nə etmələri və belə bir vəziyyətdə necə davranmaları barədə məlumat verilməyib.

Qeyd edək ki, ofisiantlarla yanaşı, festivala gələnlər də cinsi təcavüzə məruz qala bilərlər. Bu yaxınlarda polis Oktoberfest ziyarətçisini maşında zorlayan mühafizəçini həbs edib.

Məryəm İlhamqızı


Seçilən
8
news24.az

1Mənbələr