AZ

Bu da Serenay Sarıkayanın heç yerdə görmədiyiniz evi - FOTO/VİDEO

Türkiyəli məşhur aktrisa Serenay Sarıkaya ilk dəfə evini nümayiş etdirib.

Ölkə.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 32 yaşlı aktrisa Dubayda nəşr olunan jurnallardan birinə müsahibə verib.

Müsahibə zamanı çəkilən fotolar sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

"Evim mənim qabığımdır və öz qabığımın içində olanda özümü təhlükəsiz hiss edirəm" - Serenay Sarıkaya bildirib.

Aktrisanın evinin dizaynını çox fərqli və zövqlü hesab edənlərlə yanaşı, ruhsuz və solğun olduğunu deyənlər də var.

Onun evində ən diqqətçəkən məsələ isə Sernayın otaqları pərdə ilə bölməsi olub.

Sözügedən fotoları təqdim edirik:

Seçilən
18
olke.az

1Mənbələr