AZ

Fazil Mustafa həmkarı ilə razılaşmadı: “Bu heç nəyi dəyişməyəcək”

“Bütün ölkələrdə turistlərin gəzdikləri zonalar, kitabxanalar, muzeylər, parklar və s. pulludur. Həmin yerlərin qorunmasına, abadlaşdırılmasına əlavə vəsait sərf olunur. Buna görə də İçərəhərə də giriş müəyyən qiymətlərlə ölçülməlidir. Amma qiymətlər münasib olmalı, insanları narazı salmamalıdır”. 

Bunu Milli Məclisin komitə sədri Tahir Rzayev deyib. 

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verəm milkət vəkili Fazil Mustafa bildirib ki, bu məsələdə fayda və zərəri ölçüb biçmək lazımdır:

“Əgər orada turizm məqsədi ilə gələnlər  hansısa bir şəkildə vəsait ödəyərək içəridə iaişə xidmətlərindən yüksək səviyyədə istifadə edirlərsə, o zaman girişi ödənişli etmək heç nəyi dəyişməyəcək. Əksinə insanların sayını məhdudlaşdıracaq. Çünki burada əsas hədəflərdən biri vergi verən obyektlərin işləməsidir. Təbii ki, orada muzeylərin hər biri pullu ola bilər, amma girişi ödənişli etmək insanları oradan qaçırda və bu obyektlərə marağın azalmasına səbəb ola bilər. Bunu tətbiq etmək üçün dərindən iqtisadi tərəflərini öyrənmək lazımdır.  Ola bilsin ki, həmkarım Tahir Rzayev məsələ ilə bağlı müəyyən araşdırmalar aparıb və bunu məqsədəuyğun sayır. Amma bu təklif yenidən araşdırılmalıdır. Bu məsələdə mütəxəssislərin rəyini öyrənmək lazımdır. Çünki bizim hansısa bir şəkildə məqsədəuyğun saydığımız məsələlər ola bilsin iqtisadi cəhətdən xeyir əldə etmək yerinə, bəzən ziyana gedə bilər. Turizm elə bir şeydir ki, orada bəzən bir güzəştli davranışla daha çox gəlir əldə edə bilirsən, ya da gəlir əldə etmək üçün atdığın addımda daha çox itkiyə yol verə bilirsən”.

Mehriban Mirzəzadə
Demokrat.az
Seçilən
9
demokrat.az

1Mənbələr