AZ

Dörd DSK-nin tərkibində dəyişiklik edilib

Bakı. Trend:

Məzahir Pənahovun sədrliyi ilə 2024-cü il oktyabrın 3-də MərkəziSeçki Komissiyasının iclası keçirilib.

Trend xəbər verir ki, əvvəlcəKomissiyanın 13 sentyabr, 14 sentybar, 15 sentyabr və 16 sentyabr2024-cü il tarixli iclaslarının protokolları təsdiq edilib.

Sonra bəzi seçki dairələri üzrə dairə seçki komissiyalarınıntərkibində dəyişikliklər olunması məsələsinə baxılıb.

Aparılan müzakirələrin ardınca 24 saylı Nizami birinci, 42 saylıSumqayıt birinci, 82 saylı İmişli – Saatlı və 83 saylı Beyləqanseçki dairələri dairə seçki komissiyalarının tərkibindədəyişikliklər edilib.

Media subyektləri nümayəndələrinin iştirak etdiyi iclasda,həmçinin cari məsələlərə baxılıb.

Xatırladaq ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənarparlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxusiyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalqmüşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69ölkəni təmsil edib.

Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyalarınüzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraqirəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiyamənsubiyyəti var. Sentyabrın 21-də Konstitusiya Məhkəməsiseçkilərin nəticələrini təsdiq edib.

Seçilən
16
3
az.trend.az

3Mənbələr