AZ

Sənətçilərdən etiraz: “Fələstinli qurbanlar üçün...”

Niderlandlı sənətçilər İsrailin Fələstinə qarşı soyqırımına etiraz ediblər.

"Cebheinfo.az" xəbər verir ki, həmrəylik aksiyası üçün bir araya gələn bir çox sənətçi hər kəsin fələstinlilərə ayağa qalxması lazım olduğunu bildirib.

Niderlandın bir çox tanınmış sənətçiləri bir araya gələrək İsrailin Fələstinə qarşı soyqırımına və insan haqlarını pozmasına kifayət qədər reaksiya verilmədiyini vurğulayıblar. 

Niderlandlı aktrisa Katja Şuurman, komediya ustası Najib Amhali, aktrisa İsa Hoes və aparıcı Fernando Halman bu vəziyyəti tənqid edən açıqlamalar verib.

Aktrisa Şuurman ABŞ-nin hələ də İsrailə silah verməsini utancverici adlandırıb:

"Mən susmaq istəmirəm, bəzi sənətçilər fələstinli qurbanlar üçün danışmaqdan qorxurlar”. 

Komediya ustası Najib Amhali isə bunlar deyib:

"Uşaqlara və sadə insanlara edilənlər iyrəncdir. Amma daha da iyrənc olanı odur ki, bütün dünya buna baxır və heç kim heç nə etmir". 

Niderlandlı aktrisa Hoes da ifadələrində bu cümlələrdən istifadə edib:

"Bir sənətçi olaraq, soyqırıma qarşı səsimizi ucaltmalı və günahsız insanların öldürülməsinə qarşı olmalıyıq".

Seçilən
17
cebheinfo.az

1Mənbələr