AZ

"İlk hədəfə çatdıq" - Messi çempionluq sevincini bölüşdü

"İnter Mayami"nin argentinalı superulduzu Lionel Messi səfərdə  "Kolambus Kryu"nu 3:2 hesabı ilə məğlub edərək MLS müntəzəm mövsümünün sonuna 2 tur qalmış çempionluğu bayram etmələrinə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, 37 yaşlı hücumçu sosial şəbəkə hesabında ürək sözlərini bölüşüb:

"İlk hədəfə çatdıq. Komandamızla çox qürur duyuruq. Daha artığına nail olmaq üçün irəli addımlamağa davam edirik".  

Xatırladaq ki, "İnter Mayami" bundan sonra pley-offun qalibinə verilən MLS Kuboku uğrunda mübarizə aparacaq. MLS Kubokunda hər konferensiyadan 9 kollektiv olmaqla, ümumilikdə 18 komanda gücünü sınayacaq.

Nihat

Seçilən
9
fanat.az

1Mənbələr